Kid City softplay parkı 4-12 yaş arası ziyarətçilər üçün nəzərdə tutulmuşdur. Əraziyə giriş yalnız 4-12 yaş aralığında ziyarətçi ilə mümkündür.
Giriş haqqı, Kid City-də mövcud olan yaşa uyğun bütün oyun sahələrindən istifadə üçün müştəri sayı və vaxt məhdudiyyəti səbəbindən zəmanət vermir.
Kid city oyun sahələrində yaş məhdudiyyətləri və tutum qaydaları ola bilər.
Giriş biletləri tək istifadəlikdir və eyni giriş bileti ilə bir neçə dəfə daxil olmaq mümkün deyil. Giriş biletinin tarix və saatı dəyişdirilə bilməz.
Kid City daxilində Face art yemək, içkilər və əlavə xidmətlər giriş məbləğinə daxil deyil.
Girişdə uşağa ad-stikeri (name-sticker) verilir. Bu ad-stiker digər ziyarətçilərə verilməməlidir. Ad-stikerdən istifadə etməyən ziyarətçilərin "playground" və "sandplay" ərazilərinə daxil olmasına icazə verilmir.
Çıxış prosesi zamanı yetkinlər müşayiət etdikləri uşaqlarla birlikdə çıxış məntəqəsinə gəlməlidirlər. Ərazidən çıxarkən Name-sticker təhvil verilməlidir.
6 yaşdan aşağı ziyarətçilər yalnız onları müşayiət edən yetkinlik yaşına çatmış şəxs ilə parka daxil ola bilərlər və uşaq park ərazisini tərk edənə qədər həmin şəxs park ərazisində qalmalıdır.
6 yaşdan böyük uşaqlar park ərazisində valideynin məsuliyyəti altında tək qala bilərlər.
Giriş edən uşaq ziyarətçilər müvəqqəti olaraq Kid City ərazisindən çıxış edə bilməzlər.
Oyun ərazisinə ayaqqabı ilə və ya ayaqyalın giriş qadağandır, corab geyinmək məcburidir.
Alınan biletlər, müştəri bileti əldə etdikdən sonra heç bir xidmətdən istifadə etmədiyi və ilk 15 dəqiqədə geri qaytarılması mümkündür.
Giriş zamanı eyni anda iki endirim tətbiq edilə bilməz.
Əmin olunmayan hallarda müştəridən uşaqların yaşını təsdiq etmək üçün şəxsiyyət vəsiqəsi tələb oluna bilər.
Pulsuz giriş zamanı fərdi məlumatlarımın (şəxsiyyət vəsiqəsi, əlaqə nömrəsi, FİN kodu) toplanılmasına etiraz etmirəm.
Ayaqqabı və üst geyimlər parkın girişindəki dolablarda saxlanılmalıdır. İtmiş, oğurlanmış və ya zədələnmiş əşyalara görə Kid City məsuliyyət daşımır.
Kid City ərazisində narkotik vasitələrin, alkoqollu içkilərin və psixotrop maddələrin təsiri altında parka daxil olmaq, tütün məmulatlarından istifadə etmək, saqqız çeynəmək, kənardan yemək, içki , silah və zərərli vasitələr gətirmək, eləcə də ev heyvanları ilə daxil olmaq qadağandır.
Uşaq ziyarətçilər və onları müşayiət edən yetkin şəxslər digər ziyarətçilərə qarşı nəzakətlə və hörmətlə yanaşmalıdırlar.
Kid City əvvəlcədən xəbərdarlıq etmədən parkı tamamilə və ya qismən bağlamaq, həmçinin parka daxil olan şəxslərin sayını məhdudlaşdırmaq hüququna malikdir.
Park əmlakını və oyun vasitələrini parkdan kənara çıxarmaq qadağandır.
Övladımın hər hansı bir keçici və ya psixoloji xəstəliyinin olmadığını, həmçinin Kid City-də olduğu müddətdə bütün məsuliyyətin mənə aid olduğunu qəbul və təsdiq edirəm.
Kid City ərazisindəki batut, sürüşmə ərazisi, şar hovuzu və digər attraksionlarda fəaliyyət və oyunlar müəyyən zədə riski daşıyır. Müşayiət etdiyim şəxsin həyatına, sağlamlığına, eləcə də onun davranış qaydalarına əməl etməsinə görə tam məsuliyyəti şəxsən mən daşıyıram.
Fövqəladə hal baş verərsə, övladınızı götürmək üçün toplanma məntəqəsinə gəlməyiniz xahiş olunur.